ABŞ Prezidenti Donald Tramp Ayda yerləşən hər hansı bir şeyə adının verilməsinə ümid etdiyini bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Texasdakı Kosmos Mərkəzində çıxışı zamanı deyib.
“Ümid edirəm ki, orada nəyisə mənim şərəfimə adlandıracaqlar”, - deyə Tramp qeyd edib.
Çıxışı zamanı amerikalı astronavt, “Artemis II” missiyasının komandiri Rid Vaysmanı salamlayan ABŞ lideri Ayda kraterlərdən birinə Vaysmanın onkoloji xəstəlikdən dünyasını dəyişmiş həyat yoldaşının şərəfinə “Kerol” adının verildiyini xatırladıb.
Təbii peykin bu xatirəni həmişə yaşadacağını vurğulayan prezident öz adının da bu şəkildə əbədiləşdirilməsinə qarşı olmadığını və bunun əla fikir olduğunu əlavə edib.
Son xəbərlər
Son Xəbərlər