ADY ötən ay 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb - Fotolar

ady-oten-ay-157-min-tona-yaxin-qida-senayesi-mehsullari-dasiyib
Oxunma sayı: 200

Azərbaycan Dəmir Yolları (ADY) bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu keçən ilin müvafiq dövründən 51% çoxdur.

Eyni zamanda, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edək ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.