Afətin ərinin həbs səbəbi məlum oldu

afetin-erinin-hebs-sebebi-melum-oldu
Oxunma sayı: 30377

Bir neçə gün öncə evlənən müğənni Afət Fərmanqızının həyat yoldaşının həbs edilmə səbəbi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.

M.Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirləndirilib. O, Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun: Vidadi Muradovun yazışmaları üzə çıxdı - “250 000 İsraildə lazımdı...”

Xəbəri rus dilində oxuyun: Задержан супруг Афет Фармангызы - Видео

Murad Əhməd