Ağ Ev həmin təklifi təkzib etdi

ag-ev-hemin-teklifi-tekzib-etdi
Oxunma sayı: 497

Ağ Ev İrana atəşkəs rejiminin uzadılması ilə bağlı rəsmi təklif göndərildiyi barədə xəbərləri təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Mətbuat katibi atəşkəsin uzadılması istəyinin rəsmiləşməsi barədə xəbərləri əsassız adlandırıb:

“Bu səhər mən atəşkəs rejiminin uzadılmasını rəsmən istədiyimiz barədə xəbərlər gördüm. Bu, doğru deyil”.

Buna baxmayaraq, Levitt ABŞ və İranın fəal şəkildə danışıqlar apardığını və Ağ Evin saziş bağlanması perspektivlərinə müsbət yanaşdığını qeyd edib. O, prezident Donald Tramp və vitse-prezident Cey Di Vensin bu danışıqları səmərəli hesab etdiklərini də xatırladıb.

Danışıqların növbəti mərhələsinə gəlincə, Levitt ikinci raundun da ötən dəfə olduğu yerdə (Pakistanın paytaxtı İslamabadda) keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi tərəflərin sülh müqaviləsi üzrə danışıqları davam etdirmək üçün əlavə vaxt qazanmaq məqsədilə mövcud atəşkəsi daha iki həftə uzatmaq imkanını nəzərdən keçirdiyini yazmışdı.