Ağababa İsgəndərovun 100 yaşı tamam oldu - Foto

agababa-isgenderovun-100-yasi-tamam-oldu
Oxunma sayı: 600

İkinci Dünya müharibəsi iştirakçısı Ağababa İsgəndərovun 100 yaşı tamam olub.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov onu ziyarət edib. Onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını bildirib.

Qeyd edək ki, müharibə zamanı Berlin uğrunda gedən döyüşlərdə yaralanan A.İsgəndərova sonralar II dərəcə əlillik təyin olunub. O, aylıq sosial ödənişlərlə təmin edilir.

Hər il İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ona da birdəfəlik maddi yardım ödənilir. Həmçinin dövlət tərəfindən 3 otaqlı mənzillə və avtomobillə təmin olunub.