Ağadadaş Ağayev amnistiya ilə - Cəzadan azad edildi

agadadas-agayev-amnistiya-ile
Oxunma sayı: 2266

Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq.

Ədliyyə Nazirliyinin Probasiya Xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib.

Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı saytımıza təsdiqləyib. Vəkil deyib ki, Probasiya Xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə 2 il, N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.

***

Məhkəmə müraciəti təmin edib. Ağadadaş Ağayev cəzasının çəkilməmiş hissəsindən tam azad edilib.

Sail Ağasəlim