Ağcabədidə 48 yaşlı qadın öldü - Şübhəli əridir

agcabedide-48-yasli-qadin-oldu
Oxunma sayı: 851

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

İddiaya görə, əslən Ağdam rayonunun Mərzili kəndindən olan, 1969-cu il təvəllüdlü Ayaz Amanxan oğlu Səlimov həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovanı ailədaxili münaqişə zəminində qətlə yetirib. Bildirilir ki, kişi qadını mətbəxdə istifadə olunan ət baltası ilə öldürüb.

Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Əmirxanlı