Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2107-də olan iki qardaş hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza zamanı həyatını itirən şəxslərin kimliyi bəlli olub.
Onlar rayonun Poladlı kənd sakinləri – 1970-ci il təvəllüdlü Cəfərov Tələt İsfəndiyar oğlu və 1966-cı il təvəllüdlü Cəfərov Novruz İsfəndiyar oğludur.
Qəza zamanı “Hyundai” markalı avtomobildə olan Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini, 2004-cü il təvəllüdlü Rüstəmov Həsən Füzuli oğlu da müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər