Ağdam, Füzuli və Cəbrayılda yanğınlar

agdam-fuzuli-ve-cebrayilda-yanginlar
Oxunma sayı: 326

Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.