Ağdamda bu qurumda əməliyyat keçirilib

agdamda-bu-qurumda-emeliyyat-kecirilib
Oxunma sayı: 8231

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Ağdam rayonunun Quzanlı kəndindəki Ağdam Musiqi Kollecində əməliyyat keçirir.

Bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.

Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.