Ağdamda daha iki kənddə yanğın başladı - Video

agdamda-daha-iki-kendde-yangin-basladi
Oxunma sayı: 285

Ağdam rayonunda növbəti yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Saybalı və Bağbanlar kəndləri ərazisində başlayıb. Alovun küləyin təsiri ilə geniş əraziyə yayıldığı bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam və Ağcabədi rayonlarının Dövlət Yanğından Mühafizə hissələrinin əməkdaşları və texnikaları cəlb olunub. Yanğınsöndürənlər alovun Saybalı kənd qəbiristanlığına keçməsinin qarşısını alıblar.

Hazırda yanğın baş verən ərazidə mina partlayışlarının müşahidə olunduğu bildirilir ki, bu da söndürmə işlərini çətinləşdirir.

Yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Ziya Əmirxanlı