Ağdamda ikimərtəbəli ev yandı - Fotolar

agdamda-ikimertebeli-ev-yandi
Oxunma sayı: 911

Ağdamın Əfətli kəndində evdə yanğın olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə kənd sakini Akif Mehdiqulu oğlu Əsədova məxsus ikimərtəbəli yaşayış evində baş verib.

Yanğın zamanı evin 3 otağı əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-in Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülərək yaşayış evinin digər otaqlarına keçməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı