Bu gün Ağdam rayon Heydər Əliyev Mərkəzində “Milli Mətbuat və Juranlistika Günü” münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, media nümayəndələri və rayon ziyalıları iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və mətbuat nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin 22 iyul 1875-ci il tarixində nəşrə başlamasının ölkəmizdə milli mətbuatın əsasının qoyulması ilə əlamətdar olduğunu bildirərək “Milli Mətbuat və Jurnalistika Günü”nün cəmiyyətimiz üçün əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, Ümummilli liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmasından bəhs ediblər.
Tədbirin sonunda bir qrup media nümayəndəsi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılıb.






Son xəbərlər
Son Xəbərlər