Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Bərdə–Ağdam avtomobil yolunun rayonun Uzundərə adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobili “Mercedes” markalı yük maşını ilə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və orada olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər