Ağdamda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib - Fotolar

agdamda-musteqilliyin-berpasi-gunu-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 278

Ağdam rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Hikmət Məmmədov,aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Əməkdar Mədəniyyət işçisi Çimnaz Əliyeva, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbul edilməsindən, Milli Məclisin 2022-ci il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyərək mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan olunmasından bəhs ediblər.