Ağdamda yanğın törədən kişi barəsində tədbir görüldü

agdamda-yangin-toreden-kisi-baresinde-tedbir-goruldu
Oxunma sayı: 1149

Avqust ayının 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.