Ağdamda yol tikintisi zamanı ekskavator minaya düşdü - Foto

agdamda-yol-tikintisi-zamani-ekskavator-minaya-dusdu
Oxunma sayı: 4065

Ağdamda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Xaçınçay ərazisində baş verib.

Hadisə nəticəsində Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tural Hüseynli