Ağdam rayonunda minalanmış ərazidə baş verən yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, bu gün günorta saatlarında rayonun Papravənd kəndi ərazisində minalanmış sahədə başlayan yanğın hazırda davam edir.
Yanğının geniş əraziyə yayılması səbəbindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam, Bərdə, Tərtər və Ağdərə rayonlarının yanğından mühafizə bölmələrinin texnikası və 50 nəfərə qədər şəxsi heyəti cəlb olunub.
Yanğın zamanı alovun Papravənd kənd qəbiristanlığına keçməsinin qarşısı alınıb və ərazi mühafizə edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması, habelə küləkli hava yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər