Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşını Ağdərə rayonunda ilan vurub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Agentliyin əməkdaşı Göyüş Valeh oğlu Mirzəyevi gürzə sancıb.
Zərərçəkənin atası Valeh Mirzəyev saytımıza bildirib ki, sancmadan sonra oğlunun bədənində kəskin allergiya yaranıb və o, hazırda təcili tibbi yardım avtomobili ilə Bakıya gətirilir.
***
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, adıçəkilən şəxs Agentliyin əməkdaşı deyil.
Son xəbərlər
Son Xəbərlər