Ağstafada 64 yaşlı qadını “tok” vurub öldürdü

agstafada-64-yasli-qadini-tok-vurub-oldurdu
Oxunma sayı: 265

Ağstafada 64 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə rayonun Qaçaq Kərəm kəndində baş verib.

Belə ki, kənd sakini, 64 yaşlı Mafirə Quliyeva yaşadığı evin hamam otağında elektrik cərəyanının vurması nəticəsində həyatını itirib. İlkin məlumata görə, qadın hamam otağında olarkən elektrik cərəyanının təsirinə məruz qalıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev