27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağstafa rayonunda şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə şəhid ailələri və qazilərin iştirakı ilə müxtəlif tədbirlər keçirilib, şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub, “Anım Günü”nün tarixi əhəmiyyəti mövzusunda dəyirmi masa keçirilib.
Tədbirlər çərçivəsində Ağstafa Şəhidlər Memorial Abidə Kompleksi və Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyularaq onların əziz xatirəsi ehtiramla yad edilib.
Keçirilən tədbirlərdə bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlərin xatirəsinə göstərilən ehtiram və onların ailələrinə diqqət dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, hər bir vətəndaşın mənəvi borcudur.
















Son xəbərlər
Son Xəbərlər