Ağstafada bədbəxt hadisə ər-arvadın həyatına son qoyub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.
Kənd sakinləri, F.İsmayılov və X.İsmayılova üzüm yığan zaman divar aşaraq onların üzərinə düşüb.
Nəticədə hər ikisi aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev