Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müşavirədə RİH başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayon ziyalıları və ağsaqqalları, idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirə iştirakçıları əvvəlcə Mərkəzin qarşısında müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xalqımızın xilaskarının əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər.
Mərkəzin böyük akt zalında davam etdirilən tədbirdən öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi naminə şəhid olmuş Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni giriş nitqi ilə açan Seymur Orucov qeyd edib ki, 2 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra baş tutan ilk qurultay kimi şanlı tariximizin növbəti parlaq səhifəsinə çevrildi. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ağır ictimai-siyasi şəraitin doğurduğu tarixi zərurətdən meydana gəlmişdi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranması sıradan bir siyasi təşkilatın təsis olunması deyil, cəmiyyətin güclü dövlətçiliyə, milli maraqları əsas götürən siyasi xəttə olan dərin tələbatının real ifadəsi idi. Beləliklə bu Qurultay bir daha hər kəsə bəyan etdi ki, Azərbaycan xarici siyasətini heç bir dövlətin daxili işlərə qarışmasına imkan verməyəcək şəkildə qurur. Dövlət başçsının Strategiyasının əsas prioritetlərindən biri ordunun qüdrətinin və hərbi potensialının davamlı olaraq yüksəldilməsidir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, şəhər və kəndlərin salınması, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışı strateji vəzifə olaraq davam edir. Ölkənin iqtisadi imkanlarından maksimum istifadə etməklə cəmiyyətin rifahının yüksəldilməsi və insan kapitalının inkişafı təmin olunur.
Digər çıxış edənlər, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz Regional Filialının Ağstafa rayon qəbul şöbəsinin müdiri Asif Qənbərov, Əməkdar müəllim İndira Vəliyeva, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətini vurğulayaraq, müzakirə olunan məsələlər və Qurultaydan irəli gələn vəzifələrlə bağlı öz fikirlərini bildiriblər. Qeyd olunub ki, Dövlət başçısının uğurları xalq arasında geniş nüfuza, yüksək intellektual potensiala, peşəkar iqtisadi və siyasi təcrübəyə, qüdrətli və böyük Heydər Əliyev siyasi irsinə söykənir.







Son xəbərlər
Son Xəbərlər