Ağstafada qəza, xəsarət alanlar var - Video

agstafada-qeza-xesaret-alanlar-var
Oxunma sayı: 462

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” ilə digər avtomobil toqquşub. 

Qəza zamanı 1970-ci il təvəllüdlü Çingiz Mustafayev,1980-ci il təvəllüdlü Elmar Rəhimov və Abidin Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev