Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Ağsu rayonunda görülmüş işlərin monitorinqi aparılıb.
“Qafqazinfo” xəbər verir ki, monitorinqlər çərşivəsində Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov Ağsu RİH-nin akt zalında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar yaradılmış rayon qərargahının üzvləri və rayonda fəaliyyət göstərən iri təsərrüfat sahibləri ilə görüşlər keçirib, həmçinin aparılan işlərlə yerində tanış olublar.
Təsərrüfatlarda keçirilən görüşlər zamanı dövlət proqramının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal göstəriciləri yerində qiymətləndirilmiş və təsərrüfat rəhbərlərinə müvafiq tövsiyələr verilib.
Rayon Qərargahı üzvlərinin iştirakı ilə keçirilən görüşdə rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya çıxan problemlərin aradan qaldırılması yolları müzakirə edilib, habelə bu sahədə həyata keçirilən digər tədbirlərə dair maarifləndirmə və təbliğat işləri aparılıb.















Son xəbərlər
Son Xəbərlər