Aİ siyasi rəhbərliyi İrəvanda

ai-siyasi-rehberliyi-irevanda
Oxunma sayı: 621

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antonio Koşta, Avropa Parlamentinin rəhbəri Roberta Metsola və Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas İrəvana səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumata görə, səfərin əsas məqsədi mayın 4-də Ermənistan paytaxtında keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində iştirak etməkdir. Builki sammit “Gələcəyi quraq: Avropada birlik və sabitlik” mövzusuna həsr olunub.

Qeyd edək ki, Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderini vahid platformada birləşdirir. Qurumun əsas məqsədi qitənin təhlükəsizliyi, sabitliyi və rifahı naminə siyasi dialoqu gücləndirməkdir. İlk sammiti 2022-ci ildə Praqada keçirilən platforma indiyədək Kişinyov, Qranada, Oksfordşir, Budapeşt, Tirana və Kopenhagen şəhərlərində təşkil olunub.