Ötən ilin iyulunda Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü sürücü Elnur Yaqubova hökm oxunub.
Bildirilib ki, o, banklardan birində sürücü-inkasator işləyib və hadisəni törətdiyi avtomobil də banka məxsus olub.
Hadisə saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində - magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. E.Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.
Qəza nəticəsində ana hadisə yerində ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.
Məhkəmədə İ.Bədirovanın yaxınları vurulmuş zərərə görə sürücüdən 50 min manat mənəvi təzminat tələb ediblər.
Təqsirləndirilən şəxs isə həmin məbləği ödəmək gücündə olmadığını deyib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə E.Yaqubova 5 il 2 ay həbs cəzası verilib. O, məhkəmə zalında qandallanıb.
Xəbəri rus dilində oxuyun: Осужден водитель, сбивший мать с дочерью в Гарадаге
Bundan başqa, təqsirləndirilən şəxsin sürücülük hüququ da 2 il məhdudlaşdırılıb. Həmçinin ondan 10 min manat tutularaq maddi zərərə görə zərərçəkmiş tərəfə ödənilməsi də qərara alınıb.
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər