Ailə həkimləri bu qədər maaş alacaq

aile-hekimleri-bu-qeder-maas-alacaq
Oxunma sayı: 876

İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.

Belə ki, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək.

3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 000 manata çatdırılacaq. 

Daha ətraflı infoqrafikada: