“Ailəmə sürpriz edəcəyəm” - Əfvə düşən İlqar

aileme-surpriz-edeceyem
Oxunma sayı: 1021

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamının icrasına başlanılır.

Dövlət başçısının Sərəncamı ilə əfv olunan Hikmət Bayramov “Qafqazinfo”ya bildirib ki, o, 2024-cü ildə məhkum olunub.

“Allah Prezidentin canını sağ eləsin, bizi əfv etdi, ailəmizə qovuşduq”, - o qeyd edib.

Keçmiş məhkum İlqar Süleymanzadə isə deyib ki, 2022-ci ildə məhkum edilib və 1 il çəkilməmiş cəzası qalıb: “Azadlığa çıxmağımdan ailəmin xəbəri yoxdur. Onlara sürpriz edəcəyəm”. 

Sail Ağasəlim