“Məlumdur ki, qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra psixoloji çətinliklər yaşayırlar. Ailəyə hansısa qohum kömək edə bilmirsə, ana və körpə uşağa güclü yardım tələb olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova bildirib.
“Onların qayğısına əlbəttə ki, həyat yoldaşı qalmalıdır. Atanın ailəyə dəstək olması çox vacibdir. Bu, kişini hörmətdən salmır. Əksinə ona olan etibarı, hörməti daha da artırır. Araşdırmalar göstərir ki, belə bir məzuniyyətin olması ailədaxili münasibətlərə çox müsbət təsir göstərir”, - komitə sədri qeyd edib.
Qeyd edək ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər