“Akasya Durağı” bu tarixdən - Ekranlara qayıdır+Foto

akasya-duragi-bu-tarixden
Oxunma sayı: 971

Türkiyənin ən populyar seriallarından biri olan “Akasya Durağı” uzun fasilədən sonra ekranlara qayıtmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, “Akasya Durağı Yenidən” adlı layihənin yayım tarixi serialın ssenaristi İbrahim Aşkın tərəfindən açıqlanıb.

Aşkın sosial media paylaşımında hazırlıqların getdiyini və serialın sentyabr ayında yayımlanacağını bildirib.

İllər əvvəl başa çatmasına baxmayaraq, təkrar yayımları ilə hələ də böyük maraq doğuran serial, yeni aktyor heyəti ilə bağlı marağa səbəb olub.

Orijinal aktyor heyətindən hansı adların iştirak edəcəyi hələ təsdiqlənməsə də, serialın yenilənmiş süjet xətləri ilə geri dönməsi gözlənilir.