Aktyora “Bakı Metropoliteni”ndə vəzifə verildi

aktyora-baki-metropoliteninde-vezife-verildi
Oxunma sayı: 27159

“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Şaban Kamal oğlu İmkani gətirilib.

Şaban İmkani 2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb. O, eyni zamanda bloqer və aktyor kimi də fəaliyyət göstərir.