Mayın 19-da saat 8 radələrində Göyçayda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Ulaşlı-Şıxlı kəndində yerləşən bağ sahəsində 2000-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu İsmayılov ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub.
Nəticədə o, cərəyan vurmasından ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.