Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə edilib.
“Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Daha sonra “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub.
Bundan əlavə 2025-ci ildə və 2026-cı ilin birinci yarımilliyində Sumqayıt İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Sonra “Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi məsələsinə baxılıb.
İclasda həmçinin Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi məsələsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.




Son xəbərlər
Son Xəbərlər