Alim Qasımovun kürəkəni pul və qızılları bu kənddə gizlədibmiş

alim-qasimovun-kurekeni-pul-ve-qizillari-bu-kendde-gizledibmis
Oxunma sayı: 9176

Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Alim Qasımovun evindən oğurluq edən kürəkəni Elnur Mövlamovun məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda Nəsimi RPİ 21-ci Polis Bölməsinin polis əməkdaşı R.Q. şahid qismində ifadə verərək deyib ki, tutulanda Elnur Mövlamov 3-4 gün əvvəl qumar oynadığını ona deyib: “Orada dava düşüb və xəsarət alıb”.

Proses zamanı məlum olub ki, Elnur Mövlamov Alim Qasımovun evindən oğurladığı pul və qızılları İsmayıllıda Basqal kəndində gizlədibmiş. Orada 2600 dollar və 5 min manat pul olub. Əməliyyat zamanı həmin pullar tapılıb. E.Mövlamov oğurladığı qızılları da özü polisə təqdim edib.

Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Oğurluqda ittiham olunan Elnur Mövlamovun cinayət işi üzrə Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.

Məhkəmə prosesi sentyabrın 7-də davam etdiriləcək.