Alimlərə limitsiz məqalə dərc etmək imkanı yaradılır

alimlere-limitsiz-meqale-derc-etmek-imkani-yaradilir
Oxunma sayı: 462

Ötən ilin sonlarında Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın nüfuzlu “Cambridge University Press” nəşriyyatı arasında əldə edilən razılaşma Azərbaycan alimləri üçün beynəlxalq elmi nəşrlərə çıxış baxımından yeni imkanlar yaradıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, razılaşmaya əsasən, ölkənin elm və ali təhsil müəssisələrində çalışan tədqiqatçılar “Open Access” jurnallarda məqalələrini ödənişsiz dərc etdirmək imkanı qazanıblar.

Bu çərçivədə alimlər növbəti üç il ərzində nəşriyyatın yüzlərlə yüksək impakt faktorlu jurnalında məqalələrini limitsiz sayda dərc etdirə bilərlər. Adətən minlərlə manat təşkil edən məqalə nəşri xərcləri isə müqavilə çərçivəsində qarşılanır.

Artıq bu imkandan yararlanan alimlər də var. Bakı Mühəndislik Universitetinin müəllimi Sevda Hüseynova və Xəzər Universitetinin fakültə dekanı Engin Karadağ məqalələrini “Cambridge University Press” tərəfindən nəşr edilən açıq əlyetərli beynəlxalq elmi jurnallarda dərc etdiriblər.