Alman dili lüğəti “Duden” dildəki ən uzun sözlərin siyahısını dərc edib.
“Qafqazinfo” xəbər verir ki, lüğətin saytındakı press-relizdə ən uzun sözün 67 hərfdən ibarət Grundstückverkehrsgenehmigungszuständigkeitsübertragungsverordnung olduğu bildirilir.
Bu söz “Torpaq sahələri ilə əqdlərin həlli zamanı yurisdiksiyanın verilməsi qaydası” kimi tərcümə olunur.
İkinci və üçüncü yerləri hər biri 58 hərfdən ibarət iki söz tutur. Bu, Uels yer adı Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch və “yol drenaj sistemlərinə investisiyalar üçün borc xidməti haqqı”nı təsvir edən Straßenentwässerungsinvestitionskostenschuldendienstumlage terminidir.
Siyahıdakı son söz 56 hərfdən ibarət olan Kurzfristenergieversorgungssicherungsmaßnahmenverordnungdur ki, bu da “enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün qısamüddətli tədbirlər haqqında qayda” kimi tərcümə olunur