Almaniyada 120 uçuş təxirə salındı

almaniyada-120-ucus-texire-salindi
Oxunma sayı: 3118

Almaniyanın Frankfurt hava limanında 120 uçuş təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məlumata əsasən, bu gün üçün planlaşdırılan 1090 reysdən 120-si ləğv edilib.

Uçuşların təxirə salınmasına səbəb isə Almaniyada yağan güclü qar və soyuq havadır.

Qeyd edək ki, Dünən Berlin hava limanında buzlanma səbəbindən 30 reys təxirə salınıb.