Alpinizm Federasiyasına yeni prezident - Təyinatı

alpinizm-federasiyasina-yeni-prezident-
Oxunma sayı: 1417

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Alpinizm Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, federasiyadan Azərtac-a bildiriblər ki, konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idarə rəisi Aydın Məmmədov və federasiyanın nümayəndələri iştirak ediblər.

Konfransın gündəliyi və reqlamenti təsdiqləndikdən sonra federasiyanın prezidenti İsrafil Aşurlı görülən işlər barədə hesabatla çıxış edib. Məruzəçi federasiyanın bütün fəaliyyət istiqamətlərini əhatə edib, əldə olunan uğurlar, çatışmazlıqlar və qarşıdakı vəzifələrdən danışıb.

Sonra Azərbaycan Alpinizm Federasiyasının yeni seçilmiş Rəyasət Heyətinin ilk yığıncağı keçirilib. Rəyasət Heyəti üzvlərinin böyük səs çoxluğu ilə “Olimp” klubunun nümayəndəsi Məmməd Abbasbəyli federasiyanın yeni prezidenti seçilib.