Altı il sonra barışdılar - Video

alti-il-sonra-barisdilar
Oxunma sayı: 17728

Türkiyənin məşhur müğənniləri Demet Akalın və Berkay Şahin altı ildən sonra barışıb.

“Qafqazinfo” xəbər verir ki, ifaçılar menecer Özgür Arasın vasitəçiliyi ilə Ankara Hava Limanında görüşərək göz yaşları içində bir-birini qucaqlayıblar.

Barışma anları Aras tərəfindən instaqramda paylaşılıb və qısa müddətdə gündəmə çevrilib.

İkilinin küslüyü 2019-cu ildə hədiyyə saatın satılmaq istənilməsi iddiaları səbəbindən yaranmışdı.

Demet Akalın barışmanı “Çox darıxmışdım, çox” sözləri ilə ifadə edib, menecer Özgür Aras isə “Küsülü olanları barışdırmaq lazımdır” deyə vurğulayıb.