Azərbaycan Mərkəzi Bankı (AMB) 3 şirkəti cərimələyib.
“Qafqazinfo” AMB-yə istinadən xəbər verir ki, “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC inzibati məsuliyyətə cəlb edilib.
Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydaları pozulub.
Bu səbəblə “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edilib.
Son xəbərlər
Son Xəbərlər