AMB bankların “Bloomberg”də neçə əqd bağladığını - Açıqladı

amb-banklarin-bloombergde-nece-eqd-bagladigini
Oxunma sayı: 245

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan bankları “Bloomberg” ticarət sistemində 61,8 milyard manat məbləğində 3 482 ədəd əqd bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

“11 ayda banklararası repo bazarında isə 3 milyardlıq 287 əqd bağlanılıb. Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək olaraq qalıb”, - məlumatda qeyd olunub.