Gəncədə ana və yeniyetmə qızı itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakini T.Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı N.İmanova və övladı, 2009-cu il təvəllüdlü G.Həsənova noyabrın 6-da birgə yaşadıqları evdən naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayaraq itkin düşüblər.
Faktla bağlı Gəncə ŞBPİ-nin 40-cı Polis Bölməsində araşdırma aparılır.