Türkiyənin “Anadolu Agentliyi”nin (AA) Qəzzadakı müstəqil operatoru Səid Əbu Nebhan Qəzza zolağında həyatını itirib.
“Qafqazinfo” Türkiyə KİV-ə istindən xəbər verir ki, hadisə Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat bölgəsində baş verib.
Bildirilib ki, Əl-Cədid Qaçqınlar Düşərgəsində çox sayda jurnalistin yerləşdiyi ərazi mühasirəyə alınıb.
Hadisə yerində çəkilən görüntülərdə yaralının yardım işçilərinin müşayiəti ilə xərəkdə daşınmağa çalışıldığı, yaxınlıqda olan Əbu Nehbanın isə çəkiliş etdiyi görünür. Bu zaman onun uzun lüləli tapançadan edilən atəşlə hədəf alındığı görülüb.
Əbu Nehban bir neçə saniyədən sonra yerə yıxılaraq hərəkətsiz qalıb.
Fələstinin rəsmi xəbər agentliyi “WAFA” jurnalist Səid Əbu Nebhanın həyatını itirdiyini açıqlayıb.
Qeyd edək ki, Əbu Nebhanın ölümü ilə 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında ölən jurnalistlərin sayı 203-ə çatıb.