Türkiyədə 2007-2010-cu illərdə yayımlanan “Bez Bebek” serialında “Yağmur” obrazını canlandıran Asena Keskincinin serialın baş rol ifaçısı Evrim Akına illər sonra səsləndirdiyi iddialar gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə paylaşdığı videoda Keskinci uşaqlığı ilə bağlı təfərrüatı paylaşaraq, Evrim Akının o vaxtdan bəri atası ilə birlikdə olduğunu iddia edib.
O, həmçinin bildirib ki, valideynlərinin boşanması ərəfəsində Evrim Akın ona qarşı bullinq edib. “Səni serialdan qovdursam nə olacaq?” kimi sözlər deyib, saçından çəkərək üzünə siqaret tüstüsü üfürüb.
Asena Keskinci baş rolun serialdan uzaqlaşdırıldığını, lakin sonra ona bir şans daha verildiyini bildirib. Prodüser qrupunun Evrim Akının dərman qəbul etdiyi və xəstə olduğu iddialarına inandığını deyən Keskinci valideynlərinin boşanmasında onun əli olduğunu iddia edib:
“Gedib anamın yanına deyib ki, ərinin nömrəsini ver, sizi barışdırım, mənim saf anam da verib.
Bu qadın isə sonralar mənim ögey anam olur. İllərdir hələ də bir yerdədirlər, eyni evdə yaşayırlar”.
Boşandıqdan sonra atası ilə danışmadığını deyən A. Kəskinci bu açıqlamasının diqqət çəkmək və ya gündəmdə olmaq məqsədi daşımadığını bildirib.
Bundan sonra Evrim Akının vəkili hadisəyə münasibət bildirərək Asenanın qeyd etdiyi iddiaların həqiqətə uyğun olmadığını deyib:
“İlk növbədə qeyd etmək lazımdır ki, bu və ya buna bənzər hər hansı bir məsələ bütövlükdə müvəkkilimin şəxsi həyatına aiddir və hər hansı saxta ittihamlar müvəkkilimin şəxsi həyatına hücumdur.
Üstəlik, xəbərlərdə adıçəkilən müvəkkilim və cənab Güray Keskinci arasında son 3 ildə sevgi və hörmətə əsaslanan münasibət olub və bu münasibətə xələl gətirmək üçün edilən haqsız cəhdlərə qarşı hüquqi tədbirlər görülüb və bundan sonra da davam etdiriləcək. Bununla da bildiririk ki, səsləndirilən bütün bəyanatları və iddiaları birmənalı şəkildə rədd edirik”.

Son xəbərlər
Son Xəbərlər