Anasını baltalayıb qaçan şəxs axtarılır

anasini-baltalayib-qacan-sexs-axtarilir
Oxunma sayı: 2058

Yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilib və aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, onun oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanov birgə yaşadıqları evdə balta ilə baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirib və daha sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.