Ankarada TUSAŞ aerokosmik şirkətinin obyektinə qarşı hücum baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz sosial şəbəkə hesablarında açıqlayıb.
Onun sözlərinə görə, Kahramankazanda baş verən terror hücumu zamanı həlak olanlar və xəsarət alanlar var. Bununla belə, say hələ qeyd olunmayıb.
***
“Ahaber”in məlumatına görə, şirkət ərazisində girişlərdən birinin yaxınlığında partlayış baş verib.
Bildirilib ki, bunun ardınca, insident baş verən ərazidə atışma səsləri eşidilib.
***
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, terror aktını gerçəkləşdirən 2 terrorçu zərərsizləşdirilib. Hücumda 3 nəfər həlak olub, 14-ü yaralanıb.
***
Ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, terror aktı zamanı həlak olanların sayı 4-ə çatıb.
***
Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazir deyib ki, 22 yaralı var.