“Antikorrupsiya” idarəsi növbəti əməliyyatı keçirdi - Tutulan var

antikorrupsiya-idaresi-novbeti-emeliyyati-kecirdi
Oxunma sayı: 11342

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat çərçivəsində Sabirabad RİH-in Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlu saxlanılıb. Onun hansı faktla bağlı saxlanılması hələlik məlum deyil.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, son aylarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir sıra rayonda oxşar əməliyyatlar həyata keçirib, bir çox vəzifəli şəxs saxlanılıb.

Nizam Rza