“Napoli”nin baş məşqçisi Antonio Konte cari mövsümün başa çatması ilə komandadan ayrılmaq qərarı alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, Neapol təmsilçisi hazırda İtaliya A Seriyasında mövsümün başa çatmasına bir tur qalmış turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Klub cari mövsümdə çempionluq yarışından qopsa da, növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqəni vaxtından əvvəl təmin edə bilib.
Qeyd edək ki, 56 yaşlı mütəxəssis “Napoli”nin sükanı arxasına 2024-cü ildə keçib. O, komandaya həm ölkə çempionluğunu, həm də İtaliya Superkubokunu qazandırmağı bacarıb.
Məlumat üçün bildirək ki, A. Konte indiyə qədər çalışdığı bir çox klubda uğurları ilə yadda qalıb. Konte daha əvvəl “Yuventus”la 3 dəfə, “İnter”lə isə 1 dəfə İtaliya çempionu olub. O, həmçinin İngiltərə Premyer Liqasında “Çelsi”yə həm çempionluq, həm də ölkə kubokunu qazandırıb.
Son xəbərlər
Son Xəbərlər