“Apple” ekosisteminə ilk addımınız - “MacBook Neo”

apple-ekosistemine-ilk-addiminiz
Oxunma sayı: 244

Uzun illər ərzində “MacBook” hər kəs üçün nəzərdə tutulmuş noutbuk kimi qəbul edilmirdi: bəzi istifadəçiləri “macOS”a keçid düşündürür, digərlərini isə “Windows“ əsaslı modellərlə müqayisədə daha yüksək qiymət çəkindirirdi.

“MacBook” “Neo Apple” ekosistemi ilə tanış olmaq və “Mac”in əsas üstünlüklərindən daha əlçatan qiymətə yararlanmaq istəyən istifadəçilər üçün hazırlanıb. Bu, anodlaşdırılmış alüminium korpusa malik, “MacBook” xəttinin əsas xüsusiyyətlərini özündə birləşdirən tamfunksiyalı noutbukdur. Alüminium korpus istiliyin səmərəli şəkildə xaric olunmasına kömək edir və daxili komponentlərin etibarlı qorunmasını təmin edir. Passiv soyutma sistemi sayəsində noutbuk demək olar ki, səssiz işləyir.

Gündəlik istifadə üçün yaradılıb

“MacBook” Neo M seriyası əvəzinə A seriyalı çiplə təchiz olunan ilk “Mac” modelidir. Noutbukda “iPhone 16 Pro”da istifadə olunan “A18 Pro” prosessoru quraşdırılıb.

Yüksək enerji səmərəliliyi sayəsində A18 Pro 16 saata qədər avtonom işləmə imkanı yaradır və sənədlərlə, cədvəllərlə işləmək, videozənglər etmək, internetdə axtarış aparmaq və fotoşəkilləri redaktə etmək kimi gündəlik tapşırıqların öhdəsindən rahatlıqla gəlir.    
“MacBook” “Neo Blush”, “Indigo”, “Silver” və “Citrus” olmaqla dörd rəngdə təqdim olunur. Model alüminium korpus, milliard rəng dəstəkləyən 2408×1506 icazəli 13 düymlük Liquid Retina ekran, 1080p kamera və məkan səsi (Spatial Audio) dəstəyi ilə təchiz edilib.
Peşəkar istifadəçilər üçün nəzərdə tutulan MacBook Pro və universal premium həll olaraq qalan MacBook Air-dən fərqli olaraq, MacBook Neo daha geniş istifadəçi auditoriyası üçün hazırlanıb. Bu model təhsil, sənədlərlə iş, onlayn dərslər, videozənglər, multimedia məzmununa baxış və digər gündəlik tapşırıqlar üçün uyğun seçimdir.

Hər şey intuitivdir, sadəcə bir qədər fərqli

Bir çox “Windows” istifadəçisi hələ də macOS-a keçidi çətin proses hesab edir. Ən çox verilən suallar proqramların uyğunluğu, faylların köçürülməsi və yeni sistemə uyğunlaşma ilə bağlı olur.

Praktikada isə uyğunlaşma adətən çox vaxt tələb etmir. macOS-un interfeysi intuitiv quruluşa malikdir və gündəlik əməliyyatların əksəriyyəti istifadəçilərə tanış prinsiplərlə işləyir.

Dock paneli tətbiqlərə sürətli çıxış imkanı yaradır və istifadəçinin seçimlərinə uyğun olaraq fərdiləşdirilə bilir. Klaviatura qısayollarının böyük hissəsi “Windows” istifadəçilərinə tanışdır. Əsas fərq Ctrl düyməsinin yerinə Cmd (⌘) düyməsinin istifadə olunmasıdır.

Spotlight isə macOS-un ən faydalı alətlərindən biridir. O, faylları və tətbiqləri tapmağa, hesablamalar aparmağa, müxtəlif ölçü vahidlərini çevirməyə və məlumatları sürətlə əldə etməyə imkan verir.

“Mac”ı fərqləndirən xüsusiyyətlər

Tətbiqlərin quraşdırılması və silinməsi. macOS-da bir çox tətbiq sadəcə “Applications” qovluğuna köçürülməklə quraşdırılır. Silmək üçün isə tətbiqi Səbətə göndərmək kifayətdir.

Yuxu rejimindən sürətli çıxış. MacBook Neo qapaq açıldıqdan dərhal sonra smartfon kimi anidən işə hazır olur və istifadəçiyə sənədlərə, brauzerə və digər tapşırıqlara sürətlə qayıtmağa imkan verir.

Təhlükəsizlik

macOS daxili təhlükəsizlik alətləri ilə təchiz olunub və FileVault vasitəsilə məlumatların şifrələnməsini dəstəkləyir. Find My Mac funksiyası isə cihaz itirildikdə onun yerini müəyyən etməyə kömək edir.

Sistem yeniləmələri. İstifadəçilər macOS yeniləmələrinin nə vaxt quraşdırılacağını özləri seçə bilirlər. Yeniləmə prosesi sadədir və əlavə sazlama tələb etmir.

Apple ekosisteminin üstünlükləri

Əgər siz artıq iPhone istifadəçisisinizsə, Mac-a keçid daha rahat olacaq. AirDrop faylları smartfon və noutbuk arasında sürətlə ötürməyə, Handoff isə sənəd üzərində işi bir cihazda başlayıb digər cihazda davam etdirməyə imkan verir.
Mesajlar, qeydlər və digər məlumatlar Apple hesabı vasitəsilə cihazlar arasında sinxronlaşdırılır.
Bundan əlavə, iPhone-a daxil olan zəngləri birbaşa Mac üzərindən cavablamaq mümkündür. Smartfon başqa otaqda olsa belə, əlaqədə qalmaq rahatlığını qoruyursunuz.

Mac üçün proqramları haradan əldə etmək olar?

Populyar tətbiqlərin böyük əksəriyyəti artıq macOS üçün əlçatandır. Microsoft 365, Google Workspace, Zoom, Telegram, Slack, Spotify, həmçinin Chrome və Edge brauzerləri Mac-də tam funksional şəkildə işləyir.

Əlavə proqram və alətlərə ehtiyacı olan istifadəçilər üçün MacPaw tərəfindən yaradılmış Setapp xidməti mövcuddur. Bu platforma macOS və iOS üçün müxtəlif tətbiqləri vahid abunə çərçivəsində təqdim edir.

Setapp istifadəçilərə məhsuldarlıq, ofis işi, dizayn, inkişaf və digər sahələr üzrə 270-dən çox tətbiqə çıxış imkanı yaradır.

MacBook Neo-ya keçməyə dəyərmi?

Bu gün Mac-a keçid əvvəlkindən daha sadədir. MacBook Neo macOS-un əsas üstünlüklərini daha geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulmuş cihazda təqdim edir.

Model təhsil, iş, ünsiyyət, kontent yaradılması və digər gündəlik tapşırıqlar üçün uyğundur. Uzunmüddətli avtonom işləmə, səssiz soyutma sistemi və Apple ekosistemi ilə inteqrasiya istifadəçilərə ilk gündən rahat təcrübə təqdim edir.

Apple Intelligence dəstəyi isə əlavə imkanlar yaradır. A18 Pro çipi süni intellekt funksiyalarının bir hissəsini birbaşa cihaz üzərində emal etməyə imkan verir ki, bu da məlumatların məxfiliyinin qorunmasına və bulud xidmətlərindən asılılığın azalmasına kömək edir.

Əgər uzun müddətdir Mac-a keçməyi düşünürsünüzsə, MacBook Neo Apple ekosistemi ilə tanış olmaq üçün əlverişli seçim ola bilər.
MacBook Neo artıq Azərbaycanda Apple-ın rəsmi səlahiyyətli tərəfdaşlarında 1499 AZN-dən başlayan qiymətlə satışdadır. İyunun 21-dək isə əlavə 120 AZN üstünlüklə cihazı cəmi 1349 AZN-ə iSpace, Kontakt, Irshad, Baku Electronics və ByTelecom mağazalarından əldə etmək mümkündür.

Bundan əlavə, hissə-hissə ödəniş və Trade-in proqramlarından yararlanmaq mümkündür.

MacBook Neo və digər Mac modelləri rəsmi tərəfdaşların fiziki mağazalarında nümayiş olunur. Siz cihazla yaxından tanış ola, onun imkanlarını sınaqdan keçirə və sizin üçün uyğun modeli seçə bilərsiniz.